RU

BMU-da COP29-la bağlı konfrans keçirildi - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birgə “Yaşıl gələcək Bizimlə gələcək” adlı konfrans keçirilib. 

"Unikal" xəbər verir ki, konfransda BMU-nun rəhbər heyəti, tələbələr, 4 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər. 

Tədbirdə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub,  Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ölkəmizin evsahibliyi etdiyi COP29 tədbirinin əhəmiyyətindən danışıb və  dünyanın ekoloji problemlərinin həllinə verəcəyi mühüm töhfələri vurğulayıb.  Prorektor belə konfransların gənclərin ekoloji maariflənməsində rolunu önə çəkərək, onların yaşıl dünya naminə üzərlərinə düşən vəzifələrə həmişə məsuliyyətlə yanaşacağına inamını ifadə edib.   

Sonra adıçəkilən idarənin Ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun məsləhətçisi Nuriyyə Fətullayeva ölkəmizin   COP29-a 9 ay ərzində necə hazırlaşdığını, eləcə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

İdarənin Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə sektorunun baş məsləhətçisi Rövşən Nəcəfquliyev isə ölkəmizin ekoloji siyasətinə gənclərin həssas yanaşmasını təqdirəlayiq adlandırıb və COP29 haqqında tələbələrə geniş məlumat verib.

Konfransda “COP29-un ekoloji və sosial-iqtisadi dayanıqlılığın təmin olunmasında rolu” mövzusunda çıxış edən BMU-nun Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Etibar Qəhrəmanov iqlim dəyişikliyinin fəsadları ilə mübarizə yollarını sadalayıb və alternativ enerjiyə keçid təşəbbüslərinin dəstəklənməsinin, bərpaolunan enerji potensialından istifadənin atmosferin qorunmasına əhəmiyyətli kömək edəcəyini deyib.

Tədbirdə BMU-nun əcnəbi tələbələri- Shahad Abdelmunim Gafar Idris, Oumaima Safi, Mahamat Ousman Nouradine çıxış edərək mənsub olduqları ölkələrin ekoloji böhranlara son qoymaq üçün yaşıl dünya ilə bağlı fəaliyyətləri dəstəklədiyini və bu istiqamətdə addımlar atdığını bildiriblər. 

Sonda konfransda fəallıq göstərən xarici tələbələrə sertifikatlar təqdim olunub. 

Избранный
47
50
unikal.az

10Источники