Serbiyanın Novi Sad şəhərindəki vağzalda fasadın çökməsi nəticəsində səkkiz nəfər həlak olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Danas" portalı məlumat yayıb.
Dağıntılar altından çıxarılan daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, xilasedicilər hələ də dağıntılar altında olan bir qadını və 14 yaşlı bir qızı xilas etməyə çalışırlar.
Hadisə nəticəsində 30 nəfər də yaralanıb.
Rekonstruisana železnička stanica u Novom Sadu!
— Lodger Limansky (@paratzelzius) November 1, 2024
Ovo je katastrofa i tragedija za koju verovatno niko nikada neće odgovarati.
📹 Ig serbialive/novi sad pic.twitter.com/DX6bdB14lv