RU

Aİ ölkələri onu sammitdə görmək istəmir

Avropa İttifaqı ölkələrinin liderləri qarşıdan gələn sammitində Macarıstan Prezidenti Viktor Orbanı “bloklamaq” qərarına gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Dövlət başçılarının görüşü Orbanın Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə görüşündən bir həftə sonra Budapeştdə baş tutacaq.

Məlumata görə, əvvəlcə bəzi ölkə liderləri sammiti boykot etməyi təklif edib, lakin tezliklə bunu yanlış fikir hesab edərək 8 noyabr iclasında Orbanı “təcrid etmək” qərarına gəliblər.

Bundan əlavə, bu qərara səbəb Orbanın noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampı sammitə dəvət etmək istəyi olub. Belə ki, oktyabrın 31-də Orban Trampa zəng edib və bu barədə sosial şəbəkədəki “X” səhifəsində məlumat verib. O, Respublikaçı təmsilçiyə uğurlar arzuladığını bildirib.

Избранный
27
1
qafqazinfo.az

8Источники