RU

Dünyanın ən zəngin 3 ADAMI

"Bloomberg" agentliyi dünyanın ən zəngin adamlarının yeni siyahısını tərtib edib.

Turkustan.az xəbər verir ki, "Tesla" şirkətinin qurucusu İlon Mask dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.

Maskın sərvəti 263 milyard dollar olaraq qiymətləndirilib. Bir il ərzində o, 33,5 milyard dollar zənginləşib.

İkinci yerdə 209 milyard dollar sərvətlə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb. Bezos 2023-cü ildə 32,2 milyard dollar zənginləşib.

Mark Zukerberq isə 201 milyard dollar sərvəti ilə üçüncüdür. O, bir il ərzində 72,9 milyard dollar zənginləşib. /Cebheinfo.az/

Избранный
19
37
turkustan.az

10Источники