RU

Netanyahunu küncə sıxışdıracaq PROSES – Gizli məlumatların sızması ilə bağlı həbslər başladı



İsraildə kəşfiyyat məlumatlarının sızması ilə bağlı diqqətçəkən proseslər olub. 


News24.az xəbər verir ki, hökumətdən gizli kəşfiyyat məlumatlarının sızması ilə bağlı davam edən istintaq çərçivəsində bir neçə şübhəlinin həbs edildiyi məlum olub.


Müxalifətdəki Yeş Atid Partiyasının lideri Yair Lapid sosial media hesabından yaydığı Netanyahunun məsuliyyəti başqalarının üzərinə qoymağa çalışdığı ilə ittiham edib. O qeyd edib ki, baş nazir hər bir hadisəyə görə şəxsən cavabdehdir. 


Qeyd edək ki, oktyabrın 18-də sosial şəbəkələrdə İsrailin İrana hücum planlarını qiymətləndirən ABŞ kəşfiyyatının gizli sənədləri yayılıb. 


İngiltərədə çıxan “The Times” qəzetinin ötən həftə adı açıqlanmayan bir İsrail rəsmisinə əsaslanaraq yaydığı xəbərdə İsrail sənədlərinin sızdırılmasının bəzi strategiyaların dəyişdirilməsi zərurətinə səbəb olduğu və bu səbəbdən İrana cavab hücumunun gecikdirildiyi iddia edilib.


Aynurə



Избранный
12
news24.az

1Источники