RU

Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçməkdən imtina edir - SƏBƏB

Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi bilik və bacarıqların öyrədilməsi məqsədilə ana dili, riyaziyyat, ədəbiyyat, tarix və digər vacib fənlər tədris olunur. Bunlardan biri də biologiya fənnidir. Təəssüflər olsun ki, bir sıra müəllimlər biologiya fənni içərisində olan bəzi dərsləri şagirdlərə keçmirlər. Həmin dərslər daha çox insan anatomiyası və cinsiyyət sistemi ilə bağlı olan dərslərdir. Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin orta məktəblərdə cinsiyyətlə bağlı dərsləri keçməməsinin bir neçə səbəbi ola bilər:
 

“İlk növbədə mədəni və ictimai təzyiq ola bilər. Cəmiyyətin konservativ dəyərləri və cinsiyyət mövzularına dair tabular, müəllimlərin bu dərsləri keçməsini çətinləşdirə bilər. Xüsusilə də bölgələrdə bu özünü daha çox büruzə verir”.
 

G.Əkbərovanın sözlərinə görə, məktəblərdə tədris olunan fənlərdə cinsiyyət bərabərliyi və cinsiyyət mövzuları tədris proqramında öz əksini yetəri qədər tapa bilmir:
 

“Müəllimlərin cinsiyyət bərabərliyi və cinsiyyət mövzularında kifayət qədər biliklərin olmaması, mövzuya daha düzgün yanaşmanı bilməməsi də bu dərslərin keçirilməməsinə səbəb olur. Bəzən də valideynlər cinsiyyətlə bağlı dərsləri mənfi qarşılayır, bu da müəllimlərin həmin mövzuda danışmağını çətinləşdirir. Bu amillər cinsiyyət bərabərliyinin və cinsiyyət anlayışının düzgün aydınlaşdırılmasını əngəlləyə bilər”.

Избранный
17
50
modern.az

10Источники