RU

Azərbaycan qazının Ukraynaya nəqli razılaşıldı -inanılmaz variant...

Image

Akif Nəsirli: “Azərbaycan Rusiyanın Cənub rayonlarını qazla təchiz edəcək, Rusiya da 

bunun əvəzi olaraq Macarıstan və Slovakiyanı qazla təmin edəcək, bu qaz mübadiləsidir”

Macarıstan və Slovakiyadan olan Avropa şirkətləri Ukraynanın qaz nəqli sistemi vasitəsilə Azərbaycandan təbii qazın tədarükünə dair müqavilələrin bağlanması üzrə danışıqların yekun mərhələsindədir. Bu barədə Bloomberg mənbələrinə istinadən URA.RU İnformasiya Agentliyi məlumat yayıb. Qeyd olunur ki, təchizat həcmi ildə 12-14 milyard kubmetr qaz təşkil edə bilər. “Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetr qaz tədarükü üçün müqavilə imzalamağa yaxındırlar”.

Bloomberg mənbələri bildirib ki, şirkətlərin Rusiya qazının hazırda Ukrayna vasitəsilə Aİ ölkələrinə çatdırıldığı mövcud boru kəməri şəbəkəsindən istifadə edəcəyi dəqiqləşdirilir.

Əldə olunan razılaşmalara əsasən, Azərbaycan Rusiyada hasil edilən, lakin Bakıya məxsus qazı tədarük edəcək. Nəşr yazır ki, buna cavab olaraq “Qazprom” Azərbaycan tərəfinin istehsal etdiyi yanacaqdan istifadə hüququnu alacaq.

Həmçinin, mənbələrin məlumatına görə, Azərbaycanın dövlət şirkəti SOCAR Rusiya-Ukrayna sərhədində yerləşən Sudja qazölçmə stansiyasına qaz tədarük etməyə başlayacaq. Oradan Macarıstanın MVM Zrt şirkəti qazı Aİ ölkələrinə yönəldəcək və Slovakiyanın “Slovensky Plynarensky Priemysel AS” Avropaya yanacaq daşıyacaq.

Qeyd olunduğuna görə, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov konfrans zamanı bildirib ki, Ukrayna ilə mövcud qaz nəqli müqaviləsinin müddəti 2024-cü ilin sonunda başa çatır və hazırda gələcək tədarüklərə dair heç bir aydınlıq yoxdur. Avropa şirkətləri ilə Azərbaycan arasında qaz ixracı ilə bağlı sövdələşmə ilə bağlı suala cavab olaraq Peskov qeyd edib ki, Ukrayna ərazisindən qaz nəqli sistemi mühüm rolunu davam etdirir və kommersiya danışıqları fəal şəkildə aparılır. Bundan əlavə, o xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Kazanda keçirdiyi mətbuat konfransında artıq bu mövzunu işıqlandırıb.

Yazıldığı kimi, Ukrayna üzərindən Azərbaycan qazının Macarıstan və Slovakiya şirkətləri vasitəsilə nəqli nəzərdə tutulur. Təbii ki, bu çox duqqətçəkən məsələdir. İlin sonunda Rusiya qazının Ukrayna üzərindən Avropa nəqli dayanacaq. Çünki müqavilə müddəti bitib. Ukrayna da o müqaviləni uzatmaq istəmir. Nəticədə də Macarıstan və Slovakiya qazsız qalır. Bu səbəbdən də indi danışıqlar gedir ki, Ukraynanın üzərindən Azərbaycan qazı Avropaya nəql edilsin. 

 Azərbaycanın qazı Ukraynaya necə və hardan gedəcək? Bu məqalədə deyilir ki, Rusiya ərazisində Azərbaycanın mülkiyyəti olan qaz sahəsi var və o qazı Rusiyanın boruları ilə Ukraynaya nəql etmək məsələsi müzakirə edilir, ola bilsin, bunun əvəzində də Rusiya Azərbaycandan qaz alsın, yaxud da Macarıstanın və Slovakiyanın şirkətləri Azərbaycanın qazını Rusiya ilə Ukraynanın sərhədindəki Sudja məntəqəsinə aparacaqlar. Ordan da Ukraynadakı borularla Avropaya ötürəcəklər. Bu deyilənlər nə dərəcədə realdır? Bəyəm Azərbaycanın Rusiyada qaz mülkiyyəti var? Azərbaycan Rusiyada qaz çıxarır? Çünki burda deyilir ki, Rusiyanın Azərbaycanın mülkiyyətində olan qaz var. Azərbaycan orda qaz çıxarır. Hardadır Rusiyanın Azərbaycanın mülkiyyətində olan qazı? Rusiya necə buna razı olacaq? Azərbaycan qazını Ukrayna-Rusiya sərhədinə necə aparıb çıxaracaqlar?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a “Azərbaycanın Rusiyada heç bir qaz mülkiyyəti yoxdur.  Nə də Azərbaycan Rusiyada qaz çıxarmır. Əvvəllər də Rusiya və Azərbaycan arasında bu istiqamətdə müqavilə olub. Azərbaycan Rusiyanın Şimal rayonlarının qazla təzhizatında iştirak edib. Fikrimcə, Azərbaycanın Şimal sərhədində yerləşən Rusiya ərazilərinin qaz təchizatı üçün Azərbaycandan qaz ixrac ediləcək. Bu qazın həcmi 12-14 milyard kubmetr olacaq. Tutaq ki, Rusiyanın Rostov vilayətinə, eləcə də Azərbaycana yaxın olan digər Rusiya ərazilərinə  qaz ixrac olunacaq, orda qaz təminatı yaradılacaq. Biri var Rusiya Sibirdən Rostova qaz daşıya, biri də var Azərbaycan Rostova qaz versin. İkinci variant daha sərfəlidir.  Bununla da Rusiya faktiki olaraq Azərbaycana 12-14 milyard kubmetr qaz borclu olur. Rusiya Azərbaycana qaz borcunu hazır kəmərlərlə Ukrayna üzərindən Avropaya ixrac edəcək. Mövcud hazır strukturla Rusiya Azərbaycan qazını əvvəlki qaydada ixrac edəcək. Yəni qaz Ukrayna üzərindən Slovakiyaya, Macarıstana ixrac ediləcək. “Azərbaycan Rusiyada qaz çıxarır” deyilən bir şey yoxdur. Sadəcə qaz mübadiləsi olacaq”-deyə bildirdi. 

İlham Şaban: “Bu istiqamətdə ilin ortalarından danışıqlar var, amma bunun sonu nə olacaq, necə olacaq, hələ heç nə bəlli deyil” 

Neft-qaz üzrə tanınmış ekspert İlham Şaban da “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Rusiyada qaz istehsalı ilə məşğul olmur və orada Azərbaycanın qaz mükiyyəti yoxdur. “Azərbaycanın Rusiyada qaz aktivi yoxdur. Sizə bir fakt deyim. İki gün bundan əvvəl bu barədə  Bloomberg yazmışdı, özü də Slovakiyanın Qaz Ticarət Şirkətindəki mənbəyə istinad etmişdi. Artıq noyabrın 1-də “Reuters” agentliyinə Slovakiyanın rəsmi təkzibi verilib ki, belə bir şey yoxdur. Bəli, bu istiqamətdə ilin ortalarından danışıqlar var, amma bunun sonu nə olacaq, necə olacaq, hələ heç nə bəlli deyil. 

Azərbaycan qazının Ukraynaya nəqli mümkündür. Ona görə ki, bizimlə Rusiya arasında boru kəməri var. Ancaq bu, Bloomberg agentliyinin yazdığı kimi, 12-14 milyon kubmetr qaz ixrac etmək üçün deyil, biz ancaq 4 milyon kubmetr qaz verə bilərik. Onun maksimum buraxıcılıq gücü 5 milyard kub metrə yaxındır. Ancaq boru kəməri sonuncu buraxıcılıq gücündə işləmir”. 

“Əgər Azərbaycan qazının Ukraynaya nəqli mümkün olarsa Rusiya buna razılıq verəcəkmi? Çünki söhbət Rusiya qazının dayandırılmasından gedir və bu zaman alternativ olaraq Azərbaycan qazının Ukrayna üzərindən Aİ ölkələrinə nəqli önə çıxır. O buna razı olacaqmı?”-deyə ekspertdən soruşduq. “Çox gözəl sualdı. Çünki bu sadəcə kommersiya məsələsi deyil ki, məsələn, Məmməd İvana, İvan da hansısa Consa qaz satsın. Burda həmçinin siyasi məsələlərdə razılaşma gərəkdir. Çünki Rusiyanın Ukrayna ilə müharibəsi  torpağın üstündə deyildi ki, gedib, tutalım, hansısa bir ərazini tutsun. Putin hakimiyyətə gələndən məqsəd Avropa və Amerika ilə indiki şəraitdə təhlükəsizliklə bağlı maraqların bölüşdürülməsinin razılaşdırılması idi. Rusiyanın da, Ukraynanın da, Qərbin də ortaq məxrəci olsun ki, biz “kəmər burdan getsin” deyək. Təbii ki, bu nə bizdən, nə Rusiyadan, nə də ki, Ukrayanadan asılı bir məsələdir.  Söhbət qarşılıqlı maraqların iqtisadi-siyasi gözləntisindən gedir”-deyə İ.Şaban qeyd etdi.

İradə SARIYEVA  

 






Избранный
90
12
baki-xeber.com

10Источники