RU

Millimizin üzvünün komandası lider oldu

Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyuna çıxıb.

Bizim.Media xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" "Adanaspor"un qonağı olub.

11-cu tur çərçivəsində keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. "Bandırmaspor" 1:0 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib. 21 xal toplayan Coşqunun komandası ən yaxın izləyicisini 2 xal qabaqlayır. Start heyətində yer alan Diniyev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Bandırmaspor" 12-ci turda öz meydanında "Bolsupor"la qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
31
bizim.media

1Источники