RU

“Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Zəfər Günü- milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfranskeçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda“Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin, VəkillərKollegiyasının Rəyasət Heyətinin, Baş Prokurorluğun Elm-TədrisMərkəzinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adınaAkademiyasının, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun, birsıra dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri,kursant və tələbələri iştirak ediblər.

Rusiyanın bir sıra xüsusi təyinatlı ali təhsil müəssisələrindəvə Türkiyə Milli Polis Akademiyasında təhsil alan azərbaycanlıkursantları və respublikanın bir neçə ali təhsil müəssisələrininmüəllimləri və tələbələri onlayn formatda konfransa qoşulublar.

Konfrans iştirakçıları Akademiyada Ulu Öndərin abidəsi önünə güldəstələri qoyub, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanınsuverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçənşəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polisgeneral-mayoru Canpolad Daanov çıxış edərək konfransın məqsədibarədə fikirlərini bildirib, dövlətimizin gələcək inkişafındamüstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraqgənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhdatərbiyə almasının önəmini nəzərə çatdırıb.

Kursantların iştirakı ilə “Zəfər Günü”nə həsr olunmuş yürüşkeçirilib. Yürüş zamanı “Şanlı zəfərimiz əbədidir” fləşmobu nümayişolunub.

Избранный
11
12
az.trend.az

10Источники