RU

Bayden administrasiyası İsrailə mümkün hücumla bağlı İrana xəbərdarlıq edib

ABŞ Prezidenti Co Baydenin administrasiyası İrana xəbərdarlıq edib ki, yeni bir hücum olacağı təqdirdə İsrailin qarşısını ala bilməyəcək.

APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.

“Biz İsrailin qarşısını ala bilməyəcəyik və İsrailin növbəti hücumunun da əvvəlki dəqiq alınacağına əmin ola bilməyəcəyik”, - portal amerikalı məmura istinadən qeyd edib.

Onun sözlərinə görə, mesaj Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürülüb.

Bildirilib ki, zərbələr İraq ərazisindən endirilsə belə, İsrail cavab hücumu həyata keçirə bilər.

Избранный
87
2
apa.az

8Источники