RU

Ailəsi onu axtararkən daha 4 əzizini itirdi -

İtkin düşdüyü deyilən hərbçinin axtarışları faciə ilə nəticələndi... Ailəsi onu axtararkən daha 4 əzizini itirdi... Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsində yaralanaraq itkin düşən, 31 ildən sonra kimliyi müəyyən edilən şəhidlərimizdən biri də Şahid Məmmədovdur. O, 1992-ci ildən könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib. Ağdərənin Mehmanə kəndi uğrunda gedən ağır döyüşlərdə ağır yaralanıb. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Atası Sabir, əmiləri Vəhbi və Cahangir Məmmədovlar, eləcə də bacısının qayınatası Fərhad Kazımov onun axtarışına çıxıblar. 1993-cü il fevral ayının 28-də onların olduğu avtomobil Ağdərə istiqamətində ermənilərin basdırdığı minaya düşüb və hamısı həlak olub. Sonradan onların hər birinə şəhidlik status verilib. Şəhid Şahid Məmmədovun yaxınlarının şahidi olduqları bu faciənin üzərindən illər ötsə də, yaraları qaysaq bağlamır. Daha ətraflı videoda:


Избранный
10
1
metbuat.az

2Источники