Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.
Dövlət başçısı postu uğrunda indiki prezident Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparır.
“Cebheinfo.az” xəbər verir ki, dəhər saat 7:00-da Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə üçün seçki məntəqələri açılıb. Ölkədə və xaricdə 2219 seçki məntəqəsi açılacaq, onlardan 1988-i Moldova ərazisində, o cümlədən 30 seçki məntəqəsi Dnestrin sol sahilində yaşayan seçicilər üçün nəzərdə tutulub.
Seçki məntəqələri saat 07:00-dan 21:00-dək açıq olacaq və səsvermədə seçicilərin azı beşdə biri iştirak etdikdə seçkilər baş tutmuş hesab ediləcək.