RU

Şahin Diniyev İSTEFA VERDİ

Azərbaycan Premyer Liqasında növbəti məşqçi istefası reallaşıb.

Publika.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Şahin Diniyev postundan ayrılmaq qərarına gəlib.

O, bunu Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlubiyyətdən sonra mətbuat konfransında elan edib.

"Oyun haqda danışmalı bir şey yoxdur. Rəhbərliklə görüşdüm. Öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm. Bütün oyunlarda vuruşdular. Bu, futboldur, hər şey olur" - deyə təcrübəli mütəxəssis bildirib.

Избранный
6
15
publika.az

10Источники