İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində 9 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyindən bildirilib.
Məlumata görə, ölkənin ucqar yerlərindən sayılan Floresdə yerləşən Levotobi Laki-Laki dağında vulkan püskürməsi baş verib.
Püskürmədən sonra lava axınının çatdığı yaxınlıqdakı kənddə bir neçə ev yanıb. Səlahiyyətlilər 8 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə itkin düşdüyünü bildirib.
Ötən həftədən bəri səlahiyyətlilər Levotobi Laki-Laki dağı üçün xəbərdarlıq statusunu ən yüksək səviyyəyə qaldırıblar. Vulkan keçən həftədən hər gün havaya iki min metrə qədər qalın qəhvəyi kül püskürür.