RU

İctimaiyyət rus hərbi birliklərinin Kürdəmir və ya Gəncədə yerləşməsinə hazır deyil-Analitik

Yaxın Şərqdəki müharibə bölgəmizdə böyük qruplaşmaların yaranmasına səbəb olub.Bu  sözləri rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.O iddia edib ki, Azərbaycan artıq Rusiya ilə münasibətlərə fərqli baxır:“Əgər əvvəllər Azərbaycan öz ərazisində Rusiyanın mövcudluğuna qarşı idisə, bu gün əksinə, Rusiyanın mövcudluğunun tərəfdarına çevrilir. Ermənilərin Rusiyanın yeganə müttəfiqi olmasından narahat idilər, amma Putin Əliyevlə işləməyə başladı. Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə dayanacağıq, buna əminəm”.Stanislav Tarasovun fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a deyib ki, Azərbaycan ərazisindən rus ordusunun çıxarıldığı dönəmə diqqət etsək Rusiyanın tamamilə Avropa və Amerikadan asılı olduğunu görərik:"Sərxoş Boris Yeltsinin Azərbaycanın rus ordusundan canını qurtarma fəaliyyətlərinə necə reaksiya verdiyi hər kəsə məlumdur. Amma bu gün  Şimal qonşumuz Putin Rusiyasıdır. Eyni zamanda özünə müəyyən güc yığıb və dünyaya meydan oxuyur. Hətta dünyanı nüvə silahı ilə hədələyir. Belə bir Rusiyanın özbaşına Ermənistanı tərk etməsi qeyri mümkündür. Yəni Paşinyanın ağlı Yeltsin Rusiyasına getməsin. Rusiya Gümrüdən hərbi bazasını çıxarmaqdan çox Ermənistanı ələ keçirməyə üstünlük verər. Azərbaycanda ictimaiyyət rus hərbi birliklərinin Kürdəmir və  yaxud Gəncədə yerləşməsinə hazır deyil. Stanislav Tarasov "Regnum" informasiya agentliyinin əməkdaşıdır. "Regnum" agentliyi də ermənipərəst mövqe sərgiləyir. Buna görə də onun fikirləri başa düşüləndir. Baxmayaraq ki, Stanislav Tarasov Bakıda anadan olub və Azərbaycan çörəyi yeyib, yenə də ermənilərin tərəfindən daha çox çıxış edir".Ekspert onu da vurğulayıb ki, Yaxın Şərqdə müharibə davam etdikcə, bölgəyə müxtəlif güclər toplanacaq: "Fransa öz iştirakını Ermənistan başda olmaqla Cənubi Qafqazda möhkəmləndirməyə çalışacaq. Azərbaycan balanslaşdırılmış neytral mövqe olmağa davam edəcək. 2022-ci il  fevralın 22-də  İlham Əliyev Vladimir Putin ilə müqavilə imzalayıb. Bu müqaviləyə uyğun olaraq ölkələr arasında strateji əməkdaşlıq və digər məsələlərdə razılaşmalar əldə olundu. Amma bu Azərbaycanın bölgədə Rusiyanın müttəfiqi olması anlamına gəlmir. Çünki belə bir  vəziyyət yaransa, ümumiyyətlə bütün dünyanın Azərbaycana qarşı münasibəti dəyişə bilər. Hətta Rusiyaya qarşı olan sanksiyaların Azərbaycana yönəldiyini də görərik. Buna görə də Azərbaycanın  Rusiyanın müttəfiqi halına gəlməsinə  ölkə rəhbərliyi, XİN və diplomatlar imkan verməyəcək".

Избранный
512
42
sherg.az

10Источники