RU

“Best Managed Companies Azerbaijan 2025” biznes müsabiqəsinə qoşulmaq üçün son 3 gün qalıb

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və“Deloitte” şirkətinin birgə keçirdiyi nüfuzlu “Best ManagedCompanies Azerbaijan 2025” biznes müsabiqəsinin qeydiyyatınınbağlanmasına son 3 gün qalıb.

Bu nüfuzlu layihə, Azərbaycanın aparıcı özəl şirkətlərinitanıtmaq və mükəmməl idarəetmə təcrübələrini təşviq etmək məqsədidaşıyır. “Best Managed Companies” layihəsi, “Deloitte” şirkətininözəl şirkətlərə yönəlmiş xüsusi bölməsi olan “Deloitte Private”tərəfindən təqdim edilən qabaqcıl proqramlardan biridir. ProqramAzərbaycanda “Deloitte Private” və “PAŞA Bank”ın sponsorluğu iləhəyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti,AMCHAM Azerbaijan və İctimai Televiziya isə tərəfdaşlar olaraqlayihədə iştirak edirlər.

Layihəyə qoşularaq bizneslər dünyaca məşhur şirkətlər siyahısınavə “Best Managed Companies” şəbəkəsinə daxil olmaq, biznesfəaliyyətlərində bu addan üstünlük nişanı olaraq istifadə etmək,həmçinin təlimçilərdən faydalı məsləhətlər almaq, güclü və zəiftərəflərini öyrənmək şansını əldə edirlər. Müsabiqə üzrəmüraciətlərin qəbulu noyabr ayının 7-dək davam edir. Həmin tarixdənsonra müraciətlərin toplanması yekunlaşacaq və müsabiqənin ikincimərhələsinə start veriləcək.

Müsabiqənin ikinci mərhələsində şirkətlərin fəaliyyətinin əsasistiqamətləri - strategiya, insan kapitalı, maliyyənin idarəedilməsi, hesabatlılıq, korporativ idarəetmə və digər biznesaspektləri təhlil olunaraq beynəlxalq praktikaya uyğun olaraqqiymətləndirilir. İkinci mərhələnin 31 yanvar 2025-ci il tarixindəbaşa çatması planlaşdırılır.

“Best Managed Companies” mükafat proqramı “Deloitte Private”tərəfindən 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurlahəyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimitanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, cənub-şərqi Asiya,Hollandiya, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç,Norveç, Türkiyə, Meksika və Çili aiddir.

Azərbaycanda 2021-ci ildən keçirilən bu müsabiqədə ümumilikdə40-a yaxın şirkət iştirak edib və 9 şirkət “Best Managed CompaniesAzerbaijan” titulu ilə təltif edilmişdir. Bu şirkətlər ArazSupermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, BridgeGroup of Companies, Embawood, NORM Sement, SƏBA, iki il ardıcılolaraq qalib olan Veysəloğlu Şirkətlər Qrupu və üç il ardıcılolaraq qalib olan METAK şirkətidir.

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsində iştiraketmək üçün müraciətlər 3 oktyabr 2024-cü il tarixindən qəbuledilir. Müraciət üçün linkə keçid edin.

Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.

Избранный
21
4
az.trend.az

5Источники