RU

“Sionist rejim və onun havadarları 13 ay ərzində hər cür vəhşiliyə əl atıblar” - Ərdoğan

“Son 13 ayda Qəzzada və Fələstin ərazilərində çoxlu əzab, qırğın və qətllər gördük”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, Fələstində 2 milyon insanı dərmansız, yeməksiz qoyub onların ölümünü seyr etdilər. 

“Fələstin xalqı 13 ayda 50 min şəhid verib. Demək olar ki, 13 ay ərzində yaşamadıqları heç bir ağrı, sıxıntı, sınaq və zülm yoxdur. Buna baxmayaraq, fələstinli qardaşlarımız öz ləyaqətlərindən güzəştə getmədilər. Sionist rejim və onun havadarları 13 aydır hər cür zülmə əl atsalar da, fələstinli qardaşlarımızı diz çökdürə bilməyiblər. Qəzza şirləri İsrailin öldürmə maşınına qəhrəmancasına müqavimət göstərir. Bu gün bir daha hər cür imkansızlığa baxmayaraq öz torpaqlarını canları bahasına qoruyan fələstinli bacı və qardaşlarımı salamlayıram”, - deyə Ərdoğan vurğulayıb. 

Daşqın HəsənovMissiya.Az

Избранный
9
missiya.az

1Источники