RU

“Tottenhem” oyunu öncəsi Osimhendən xəbər var

“Qalatasaray”ın hücumçusu Viktor Osimhenin son durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, ağrıları olan oyunçu komanda ilə məşqlərdə iştirak etməyib. O, tək başına çalışır. 

Nigeriyalı forvardın durumunun ciddi olmadığı bildirilir. O, ayın 7-də Avropa Liqası Liqa mərhələsinin IV turunda  “Tottenhem”ə qarşı görüşdə meydanda olacaq. 

“Napoli”dən icarə əsasından heyətə cəlb edilən Osimhen 7 oyunda 4 qol vurub, 4 assit edib. 

Избранный
67
4
idmanxeber.az

5Источники