İlin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 60 mln. dollar, əsaslı xərclər isə təxminən 13 mln. dollar olub və müvafiq olaraq 22,4% və 2,9 dəfə artıb.
Bu barədə İqtisadiyyat.az-a BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Hesabatda qeyd olunur ki, ilin ilk üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 mln. kubmetr olub.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (operator – 29,99%), SGC (Cənub Qaz Dəhlizi, 21,02%), LUKOIL (19,99%), TPAO (19%) and NICO (10%).