RU

Spiker Conson Trampın ABŞ seçkilərindəqələbə qazanacağını proqnozlaşdırıb

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson proqnozlaşdırıb ki, Donald Tramp prezident seçkilərində qələbə qazanacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. 

Consonun sözlərinə görə, bu qələbəyə Respublikaçılar Partiyasını ilk dəfə dəstəkləyən seçicilərin dəstəyi təkan verəcək.

Spiker bildirib ki, bir çox respublikaçıların seçki tədbirlərində iştirak edib və orada əvvəllər heç vaxt görünməyən insanları görüb.

O əlavə edib ki, Trampa ispan və latın amerikalı vətəndaşların səsverməsi tarixi bir hadisə olacaq.

"İntuysiyam mənə deyir ki, biz sorğuları üstələyəcəyik. Tramp həmişə sorğularda qalib gəlir. Buna inanıram. Amma demək istəyirəm ki, xüsusilə tərəddüd edən ştatlarda hər bir səs önəmlidir. Heç nəyi öz-özünə əldə edilmiş hesab etməyin. Bu gün bizə hər bir səs lazımdır",-deyə Conson vurğulayıb.

ABŞ-də 60-cı prezident seçkiləri 5 noyabrda başlayıb. Demokratlar Partiyasından bu vəzifəyə hazırkı vitse-prezident Kamala Harris namizəddir. Respublikaçılardan isə keçmiş prezident Donald Tramp namizədliyini irəli sürüb.

Избранный
46
50
iqtisadiyyat.az

10Источники