RU

Dünyanın ən DƏYƏRLİ şirkəti - Bazar dəyəri 3,43 trilyon

Çərşənbə axşamı Nasdaq birjasında satılan Nvidia (Kaliforniyada yerləşən çip istehsalçısı) səhmləri 2,84 faiz dəyər qazanaraq hər səhm üçün 139,91 dollara yüksəlib.

News24.az xəbər verir ki, səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.

Beləliklə, Apple-ın 3,38 trilyon dollarlıq bazar dəyərini aşan Nvidia ikinci dəfə dünyanın ən dəyərli şirkəti oldu.

Qeyd edək ki, süni intellekt çiplərinə tələbatın artması ilə Nvidia-nın səhmləri ilin əvvəlindən bu yana 182,5 faiz dəyər qazanıb.

Nvidia-nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçib.

Günel Məlikzadə

Избранный
49
2
news24.az

7Источники