RU

İqlim dəyişikliyi ilə mübarizədə qüvvələr birləşdirilməlidir - Tolerantlıq va Sülh ugrunda Qlobal Suranın sədri

Bakı. Trend:

Növbəti fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi iləmübarizədə qüvvələr birləşdirilməlidir.

Trend-in məlumatına görə, bunuTolerantlıq va Sülh ugrunda Qlobal Suranın sədri Ahmed MohamedAljarwan Alshamsi Dini Liderlərin Bakı Qlobal Sammitində deyib.

O bildirib ki, dünya sülh və sabitliyin əsaslarını sarsıdantəhlükələrlə üz-üzədir.

“Biz bütün maraqlı tərəfləri birliyə çağırmaq üçün dərhalhərəkətə keçməliyik. Təcavüz və zorakılıq aktları sülh uğrundamübarizədə birləşməyi tələb edir. Biz əməkdaşlığa çağırırıq: diniliderlərin sözləri birləşdikdə, onlar tolerantlıq və qarşılıqlıanlaşma əsasında sülhün möhkəmlənməsinə töhfə verə bilərlər.

Bugünkü tədbirin təşkilinə görə Azərbaycana təşəkkürümü bildirirəm.Mən hökumətə qarşıdan gələn COP29 iqlim konfransında uğurlararzulayıram”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Məqalədə:
Избранный
8
1
az.trend.az

2Источники