RU

Ən böyük terror quşu müəyyən edilib

Yazını böyüt
Yazını kiçilt

Elm adamları təxminən 20 il əvvəl Kolumbiyanın Tatacoa səhrasında tapılan və 2023-cü ilə qədər terror quşuna aid olduğu anlaşılmayan fosili üçölçülü model yaradaraq araşdırıblar. Məlum olub ki, qalıq terror quşunun aşağı sol ayağının sümüyünə aiddir.

Hafta.az-ın yazdığına görə, “Papers in Paleontology” elmi jurnalında dərc edilən məqalədə tapıntıları paylaşılan araşdırmada, uça bilməsə də qaça bilən və ətyeyən ovçu olduğu bilinən quşun təxminən 12 milyon il əvvəl yaşadığı müəyyən edilib..

Fosildə nəsli kəsilmiş timsah növü olan Purussaurusa-ya aid diş izlərinin təsbit edilməsi, o dövrdə Tatacoa səhrasının çaylarla əhatə olunmuş ola biləcəyi ehtimalını ağla gətirdi.

Con Hopkins Universitetindən paleontoloq Siobhan Cuk, şəxsən iştirak etdiyi araşdırma haqqında danışarkən, "12 milyon il əvvəl timsahların ölçüsünü nəzərə alsaq, terror quşunun bu yaralara görə ölməsi ehtimalı vardı" deyib. Purussaurusa-nın uzunluğu 9 metrə çatırdı.

Həmçinin qeyd olunub ki, terror quşları bu ərazidə nəhəng yer tənbəlləri, zirehli armadilloların nəhəng qohumu olan gliptodonlarla yanaşı yaşamış ola bilər.

Əvvəllər aşkar edilmiş terror quşu fosillərinin hündürlüyü 1-3 metr idi. Tədqiq edilən sonuncu fosil digər quşlardan yüzdə 30 daha böyük ola bilər. Elm adamları tədqiq etdikləri fosilin indiyə qədər tapılan ən böyük terror quşuna aid ola biləcəyini vurğulayırlar.

Terror quşu fosillərinə daha çox Argentina və Uruqvayda rast gəlindiyi halda, tədqiq edilən nümunə Kolumbiyada tapılıb. Bu, ən şimaldakı terror quşu fosilidir.

Argentina Yer Elmləri Araşdırma Mərkəzindən Federiko Deqranjın komandası ilə birlikdə apardığı araşdırma da terror quşlarının mənşəyinin Cənubi Amerika olduğunu ortaya çıxarıb. Bu bölgədə belə fosillərin nadir olmasının səbəbi onların super ovçu olmaları ilə izah edilir. Qida zəncirinin zirvəsində olan alfa yırtıcıları kimi də tanınan bu heyvanlar ovlarından daha azdır.

Избранный
16
hafta.az

1Источники