RU

ÇL-in Liqa mərhələsində IV turun ilk oyun gününün ən yaxşı futbolçuları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun ilk oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olublar.
Oxu.Az xəbər verir ki, PSV - "Jirona" görüşünün fərqlənən futbolçusu Malik Tillman olub.
"Slovan Bratislava" - "Dinamo Zaqreb" matçında Sandro Kulenoviç ən yaxşılardan biri olub.
"Bayer Leverkuzen"i 4:0 hesabı ilə məğlub edən "Liverpul"un futbolçusu Luis Dias da yaxşılardan olub.
"Bolonya" - "Monako" matçında Tilo Kexer fərqlənənlər siyahısındakı yerini alıb.
Gecənin böyük maraqla gözlənilən matçında "Milan"nın "Real Madrid"i 3:1 hesabı ilə məğlub etdiyi görüşdə isə Mayk Menyan fərqlənməyi bacarıb.
"Borussiya Dortmund" - "Şturm Qraz" matçının ən yaxşı oyunçusu adını Malik Yalkuye qazanıb.
1:1 hesablı heç-heçə ilə başa çatan "Lill" - "Yuventus" görüşündə fərqlənən futbolçu isə Ayyub Buaddi olub.
"Seltik" - "Leypziq" matçının ən yaxşı oyunçusu Nikolas Köhn seçilib.
"Sportinq"in "Mançester Siti"ni 4:1 hesabı ilə məğlub etdiyi görüşün ən yaxşı oyunçu mükafatına Viktor Qyökereş yiyələnib.
Qeyd edək ki, IV tura bu gün gecəyarısı keçiriləcək doqquz görüşlə yekun vurulacaq.
Избранный
6
2
oxu.az

10Источники