RU

Trampın qələbəsi dünyanın siyasi mənzərəsini dəyişəcəkmi? (ŞƏRH)

"Trampın qələbəsi demokratların bütün müstəvidə həyata keçirdikləri uğursuz siyasətinin nəticəsidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-da başa çatan prezident seçkilərində Donald Trampın qalib gəlməsini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Trampın qələbəsi Respublikaçılar Partiyasının qələbəsi deməkdir. Bu, Trampın parlaq keçmişilə əlaqədar deyil:

"Həmin qələbə əslində demokratların bütün anlamlarda uğursuz siyasətlərilə əlaqədardır. Bayden hakimiyyətə gələndən sonra dünyada ABŞ-ın nüfuzuna xələl vuracaq ilk xəyanəti atıb. ABŞ qoşunlarının çıxarılması ilə NATO-ya güvənən Əfqanıstan xalqı tək buraxılmaqla Taliban rejimilə üz-üzə qaldı. Yəni, ABŞ Əfqanıstandan qaçdı. Digər tərəfdən, Ukrayna-Rusiya müharibəsinin qarşısını almaq gücündə olan ABŞ savaşın qarşısını nəinki almadı, əksinə, prosesi təşviq etdi. Düşündülər ki, həmin məsələni gələcəyə daşımaqla Rusiyanı iqtisadi cəhətdən çökdürə biləcəklər. Amma bu da əks-effekt verdi. Yaxın Şərqdəki müharibyə gəldikdə, savaş artıq Livan dövlətinə də sıçrayıb. Yaxın perspektivdə hətta İsrail qoşunlarının Suriya ərazisinə hərbi müdaxiləsi də gündəmdədir. Bu isə  regionda yeni böyük savaşın xəbərçisi ola  bilər. Həm geosiyasi, həm də daxili siyasət baxımından Bayden adminstrasiyası uğursuz idarəetmə ortaya qoymaqla bəlkə də demokratların hakimiyyət tarixində ən uğursuz iqtidar oldu. Məhz, bunun nəticəsidr ki, Trampdan bezən amerikalılar alternativ olmadığından yenidən ona səs vermək məcburiyyətində qaldılar".
 


Ekspert Trampın ABŞ-a hansısa yeniliklər gətirəcəyini isə düşünmür:

"Öncə ABŞ-ın maraqları siaysəti davam edəcək. Ardınca, ABŞ Avropa İttifaqı, Ukrayna və NATO üzrə müttəfiq dövlətlərlə üzərinə götürdüyü bir çox yüklərdən azad olmağa çalışacaq. Bu kontekstdə Rusiya, Çin  və Bayden adminstrasiyasının ciddi münaqişədə olduğu digər dövlətlərlə müəyyən mənada dil tapmağa, yaxud da iqtisadi cəhətdən müəyyən təzyiqlər etməyə davam edəcək. Tramp istehsalı da təşviq etməyə başlayacaq. Çünki yerli  istehsalın inkişafı ixrac və yeni iş yerləri deməkdir".

Natiq Miri qeyd edib ki, Tramp Ukrayna Rusiya müharibəsinin dərhal sona çatdırılması istiqamətində də ortaya konkret fəaliyyət qoyacaq:

"Nəticənin necə olacağını isə yaxın perspektivdə görəcəyik. Paralel olaraq Yaxın Şərq, İsral-İran qarşıdırması məsələsinin həll edilməsi də müəyyən mənada Trampın gələcək perspektivini müəyyən edəcək. Bu istiqamətdə uğur olsa, onun ikinci dönəmdə seçiıməsi məsələsi də gündəmə gələ bilər". 

Qeyd edək ki, "Fox News” telekanalının məlumatına görə, ABŞ-da başa çatan prezident seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərir. O,  Florida ştatının Palm-Biç şəhərində tərəfdarlarına müraciət etməyi planlaşdırır. 

Rüfət Sultan

Избранный
8
50
qaynarinfo.az

10Источники