RU

Ursula fon der Leyen məkrli oyunların qurbanı olmaq yolunu seçib- ÖZƏL

"Son illərdə dünyamızın üzləşdiyi qlobal iqlim dəyişikliyi təkcə yaşadğımız ətraf mühitə və ya təbiətə, ekologiyaya  ciddi təsirlər göstərmir, bu problem eyni zamanda  insan həyatına, fundamental insan hüquqlarına təhlükə yaradır. Lakin təəssüflə qeyd etmək lazımdır ki,  bu digər məsələlərdə olduğu kimi,  dünyanın inkişaf etmiş ölkələrinin, xüsusən də Qərb dövlətləri və onların strukturlarının belə bir mühüm problemin həllində də ikili siyasətinin şahidi olmaqdayıq. Bu gün qlobal iqlim dəyişkliyinə qarşı mübarizədə özlərini "Qlobal Şimal" adlandıran qüvvələr "Qlobal Cənub"a üzv olan ölkələrlə birgə əməkdaşlıq etmək yerinə təzyiq siyasətini həyata keçirməkdədirlər. Biz bunun  Bakıda keçiriləcək COP29 toplantısı ərəfəsində Qərb ölkələrinin və Avropa strukturlarının Azərbaycana sərgilədiyi münasibətdə şahidi olmaqdayıq. Fransa, Avropa Parlamentinin sərgilədiyi mövqe göz qarşısındadır. Onlar tədbirin Azərbaycanda keçirilməsini təqdir edib, prosesə dəstək olmaq əvəzinə boykot yolunu seçiblər. Əslində onlar belə bir mövqe sərgiləməklə qlobal iqlim dəyişikliyinə töhfə vermək niyyətində olmadıqlarını  ortaya qoyurlar". Bunu "Olaylar"a açıqlamasında deputat Kamran Bayramov deyib.
 Deputat əlavə edib ki, insanlaırn həyatını təhdid edən qlobal iqlim dəyişkiliyinə qarşı mübarizədə  "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə  keçidi təmin etməyi fəaliyyətilərinin əsas prioritetləri elan etdiyi Avropa İttifaqı və onun strukturlarının rəhbərlərinin COP29-da iştirakdan imtinasına nə ad vermək olar: "Avropa Komissiyasının sədri Ursula fon der Leyen  COP29-da iştirak etməmək barədə qərar verməsinin bir adı var. Bunun adı riyakarlıqdır. Belə  ki, qlobal iqlim dəyişikliyinə qarşı  mübarizədən istifadə etməklə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edib çirkin niyətlərini həyata keçirməkdir. Ancaq bunlar faydasızdır. Avropa Komissiyasının  sədri Ursula fon der Leyenin COP29-da iştirakı ona daha çox başucalığı gətirərdi, nəinki iştirkdan imtinası... Çünki Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizəni və bununla bağlı olaraq  "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə keçidi özünün gələcək strateji hədəfi seçib və fəaliyyətini də bu istiqamətdə qurub. Azərbaycan eyni zamanda "yaşıl enerji"yə keçidi elan etməklə, həm də enerji sahəsinin diversifikasiyasını yaratmaqla Avropanın  enerji təhlükəsziliyinin təmin olunmasında daha etibarlı və dayanıqlı rol oynmaq istəyir. Amma Avropa Komissiyasının  sədri Ursula fon der Leyen kimilər nəinki  dünyanın, hətta yaşadıqları Avropa coğrafiyasındakı problemlərin həllinə yönələn ciddi problemin həlinə dəstək vermək yerinə, cılız düşüncələrin və məkrli oyunların qurbanı olmaq yolunu seçib. Bununla da onlar əslində Avropanın gələcəyinə və bəyan etdiyi dəyərlərə qarşı çıxırlar. Belə cılız düşüncəli siyasətçilərinin  fəaliyyətini digər Avropa ölkələrinin siyasətçiləri görür. Onlar əksinə Azərbaycanın bu istiqamətdəki fəaliyyətini təqdir edirlər və dəstəkləyirlər. Noyabrın 5-də  Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasında  şıxış edən Avropa Şurasının xüsusi nümayəndəsi Aleksandr Cessenin çıxışı bunun barzi nümunəsidir.  Aleksandr Cesse çıxışında bəyan edib ki, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın möhkəm siyasi iradəsi var. O Azərbaycanın belə bir ciddi problemin həllinə töhfə verəcəyinə inanır. Çoxsaylı belə faktlar sadalmaq olar. Kimsə Azərbaycanı yolundan döndərə bilməyəcək və öz yolunda inamla irələyərək qarşısına qoyduğu hədəflərə nail olacaq. Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirməklə Ursula fon der Leyen kimiləri məyus edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
11
olaylar.az

8Источники