“Harmony İndustrial Construction and Enginerring Group” MMC noyabrın 6-da iki tenderin qalibi olub.
Valyuta.az-ın xəbərinə görə, şirkət Ağstafa Rayon İcra Hakimiyyətinin keçirdiyi Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satınalınması və 2024-cü ildə abadlıq işlərinin satınalınması ilə bağlı tenderlərin qalibi olub. Tenderlərin nəticəsi olaraq şirkət ilə İcra Hakimiyyəti arasında 401 min 808 və 199 min manatlıq satınalma müqaviləsi imzalanacaq.
Qeyd edək ki, şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 165 min 10 manat olan şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.
Əvəz Həsənov