Azərbaycanda bələdiyyə seçkilərinin yanvarın 25-dən sonra keçirilməsi daha məqsədəuyğundur. Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bununla bağlı dəqiq gün açıqlanacaq: "Noyabrın sonuna yaxın dəqiq günü elan edəcəyik".