RU

Kraliça vəzifələrindən uzaqlaşdı

Kraliça vəzifələrindən uzaqlaşdıBöyük Britaniya kraliçası Kamilla tənəffüs yolları infeksiyası səbəbilə vəzifələrindən uzaqlaşıb.

Axşam.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Belə ki, 77 yaşlı kraliçada infeksiya aşkar edən həkimlər ona dincəlməyi şiddətlə tövsiyə ediblər, buna görə də onun iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib. O, bilavasitə krallıq vəzifələrindən qismən geri çəkilib.

"Əlahəzrətin bu həftə öz vəzifəsini tərk etməsinə çox təəssüflənirik, lakin o, vaxtında sağalacağına çox ümid edir", - Bukinqem Sarayı bildirib.

Qeyd olunur ki, kraliça Kamilla Bukinqem sarayında olimpiya və paralimpiya idmançılarının qəbulunu buraxacaq.

Избранный
15
8
sonxeber.az

10Источники