Çempionlar Liqası: “Barselonadan” növbəti darmadağın – Nəticələr
Futbol üzrə Avropa Çempionlar Liqasında dördüncü turun oyunları başa çatıb. Yeniavaz.com xəbərv verir ki, İtaliya çempionu “İnter” evdə İngiltərə vitse-çempionu “Arsenal” ilə mübarizə aparıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə penaltidən vurub. İspaniyanın vitse-çempionu “Barselona” IV turda Serbiyanın “Tsrvena Zvezda” klubunu qəbul edib və 5:2 hesabı ilə qalib gəlib. Fransa çempionu PSJ isə Parisdə Madrid “Atletiko”suna 1:2 hesabı ilə uduzub. Münhen “Bavariya”sı doğma meydanında Portuqaliya “Benfika”sına minimal hesabla qalib gəlib – 1:0. Çempionlar Liqasında ötən gecə baş tutan görüşlərin nəticələri belə olub: "İnter" - "Arsenal": 1:0; "Tsrvena Zvezda" - "Barselona": 2:5; "Feyenoord" - "Zalsburq": 1:3; PSJ - "Atletiko Madrid": 1:2; "Sparta" - "Brest": 1:2; "Ştutqart" - "Atalanta": 0:2; "Bavariya" - "Benfika": 1:0; "Brügge" - "Aston Villa": 1:0; "Şaxtyor" - "Yanq Boyz": 2:1.