Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.
Viral.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç “Budyo Qlimt”i ilə qarşılaşacaq.
“Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Son Yazılar:
- “Qarabağ” növbəti sınağına ÇIXIR
- Daha 163 ailə Cəbrayıla köçdü
- Sevgilisinin azyaşlı övladını işgəncə ilə ÖLDÜRDÜ
Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Avropa Liqası, Liqa mərhələsi, IV tur
21:45. “Budyo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)
Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub.