RU

Almaniyada siyasi böhran: Müxalifət "etimad səsverməsi" tələb edir, Şolts yola salınır?

Almaniyanın əsas müxalif Xristian İttifaqı (CDU/CSU) partiyaları baş nazir Olaf Şoltsa qarşı hərıkətə keçiblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar  kanslerdn “dərhal” etimad səsverməsi keçirməyə tələb etməyə başlayıblar.

Xristian Demokratik Birlik Partiyasının (CDU) sədri Fridrix Merz bildirib ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiyası dünən gecə dağılıb: "Ona görə, yanvar ayında parlamentə etimad səsverməsi təqdim etmək üçün heç bir səbəb yoxdur. Çünki hökumət parlamentdə faktiki çoxluğa sahib deyil. O səbəbdən biz, yəni CDU/CSU parlament fraksiyası Olaf Şoltsa  dərhal, ən geci gələn həftə etimad səsverməsi keçirməyi tələb edirik".

Xatırladaq ki, bu səsvermə olarsa, Şoltsa yetərli etimad göstərilməyəcəyi dəqiqdir. Belə olan halda, ölkə 21 gün ərzində yeni seçki qərarı verməlidir. Artəq prezident Frank-Valter Staynmeyer də yeni seçkinin anonsunu verib: "21 gün ərzində parlamenti buraxıla bilər..."

Lamiyə Əhmədli

MİA.AZ

Избранный
15
1
mia.az

2Источники