RU

Prezident İlham Əliyev Budapeştə Avropa Siyasi Birliyinin sammitinə getməyib

Macarıstanın paytaxtında Avropa Siyasi Birliyinin beşinci sammiti keçirilir. Tədbirdə bir çox ölkənin liderləri iştirak edirlər.

Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak etmir. Rəsmi Bakı bu mövzunu heç cür şərh etməyib.

* Avropa Siyasi Birliyi Fransa prezidenti Emmanuel Makronun təklifilə 2022-ci ilin mayında yaradılmış hökumətlərarası təşkilatdır. Avropanın gələcəyilə bağlı siyasi və strateji diskussiyalar üçün təsis edilib.

Layihədə məqsəd Avropa qitəsinin təhlükəsizliyini və sabitliyini möhkəmləndirmək üçün Avropa ölkələrinin siyasətinin koordinasiyası və siyasi dialoqa dəstək verməkdir.

Avropa Siyasi Birliyinə Avropa İttifaqına  üzv olmayan ölkələr  - Azərbaycan, Böyük Britaniya, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir.

Избранный
40
turan.az

1Источники