RU

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 7-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 163 nəfəri seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 23 nəfəri isə Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Избранный
36
25
sia.az

10Источники