RU

Azərbaycan Ermənistanı sülhə məcbur EDƏ BİLƏR

Azərbaycanla Ermənistan arasında sülh danışıqları sürətli formada aparılır. İki ölkə arasında müəyyən maddələrin razılaşdırlmasına baxmayaraq, hələ də bəzi məsələlərdə ortaq məxrəc tapılmayıb.

 

Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Ermənistanı lazım gələrsə hərbi yolla sülhə məcbur edə bilər:

 

"Birincisi məntiqə görə bəllidir ki, işğalın bir çox müstəviləri var. Hərbi, ideoloji, iqtisadi məsələləri,  siyasi məsuliyyət məsələlərini bura aid etmək olar. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra demək olar ki, Ermənistanın hərbi işğalının fəsadlarını aradan götürüb. Amma Ermənistanın ideologiyasında, təbliğatında anneksiya siyasəti mövcuddur. Siyasi elita hələ də köhnə mövqelərinə uyğun bəyanatlar verir. Bu da o deməkdir ki, işğalın mən dediyim hissəsində fəasdlar hələ də qalır. Ermənistanın münaqişəni başladan, Azərbaycana ziyan verən ölkədir. Amma bu ölkədə kiminsə siyasi məsuliyyət barədə bəyanat verdiyini görmürük. Bu da  işğalın fəsadlarıdır. Təbii ki, Azərbaycan tam şəkildə davamlı sülh əldə olunmasında mən dediyim fəsadların aradan götürülməsində israrlıdır. Görürük ki, Azərbaycana qarşı ritorika güclənir və kəskinləşir. Bu baxımdan Azərbaycan Ermənistanın hansısa yeni təhlükələr yaratdığını görsə, təbii, öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar ata bilər. İndi konkret vəziyyət onu göstərəcək. Çünki biz silahlanma prosesinin getdiyini, bununla yanaşı bəyanatların verildiyini görürük. Bu baxımdan məsələlər monitorinq olunmalıdır. Azərbaycan təbii ki, bu məsələlərdə  təhlükəsizliyi təmin etmək üçün kimisə sülhə məcbur etmə addımlarını ata bilər. Müxtəlif siyasi, diplomatik, o cümlədən hərbi üsullar tətbiq oluna bilər".

Sabiq nazir BMT nizamnaməsinin 51-ci maddəsinin buna imkan verdiyini də qeyd edib:

 

"Beynəlxalq təcrübəyə və  BMT-nin nizamnaməsinə uyğun olaraq təhlükənin qarşısını almaq hüququmuz var. BMT nizamnaməsində  işğalçıya layiqli cavab vermək, onu neytrallaşdırmaq barədə  51-ci maddə var. BMT-yə üzvü ölkələrin öz suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün tam hüquqları mövcuddur. Bununla bağlı təşkilatın nizamnaməsində yetərincə maddələr var".

Избранный
96
50
modern.az

10Источники