RU

Ruben Amorim: “MY “Sportinq” kimi oynaya bilməz”

Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim yeni komandasının – “Mançester Yunayted”in necə oynayacağından danışıb.

Arena.az xəbər verir ki, o, “şirlər”in UEFA Çempionlar Liqasında “Mançester Siti” üzərində qazandığı qələbəni (4:1) “Mançester Yunayted”ə keçməsi baxımından əhəmiyyətli hesab etmədiyini vurğulayıb:

“Sizə deyə bilərəm ki, bunun heç bir əhəmiyyəti yoxdur. Bu qələbəyə görə nəticə çıxarmağa tələsməyin. Biz bir vəziyyəti digərinə köçürə bilmərik. “Mançester Yunayted” bizim oynadığımız kimi oynaya bilməyəcək və uyğunlaşmaq məcburiyyətində qalacaq”, deyə Amorim bildirib.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. O, “Sportinq”də Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Mançester Yunayted”in, Ruben Amorimin “Sportinq”lə müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün, Lissabon klubuna 15 milyon avro məbləğində təzminat haqqı ödəyəcəyi ilə bağlı məlumat yayılıb. O, “qırmızı şeytanlar”ın sükanı arxasına işinə noyabrın 11-də başlayacaq.

Избранный
104
7
arena.az

10Источники