RU

BMT-nin İnsan Hüquqları Komitəsinin Fransa ilə bağlı HESABATI

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi Fransa ilə bağlı hesabat dərc edib.
 
Moderator.az xəbər verir ki, hesabatda narahatlıq doğuran əsas məqamlar əks olunub.
 
Komitə Fransa-İtaliya sərhədində sığınacaq hüququndan məhrum olaraq geri qaytarılan xarici vətəndaşların durumundan narahatlığını ifadə edib. Xüsusilə Fransa sərhəd bölgələrində və Mayotte ərazisində miqrantların ağır şəraitdə yaşadığı müvəqqəti sığınacaqların güc tətbiqi ilə boşaldılması tənqid olunub. Bundan əlavə, Komitə Fransa hökumətini miqrantların insan hüquqlarının qorunmasını təmin etməyə çağırıb.
 
BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə də çağırıb.
 
Qeyd olunub ki, Fransanın hüquq-mühafizə orqanlarının Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq etməsi nəticəsində bir neçə nəfər ölüb, yüzlərlə insan yaralanıb, onların arasında Kaledoniyanın yerli xalqı olan kanaklar da olub.
 
"Komitə Yeni Kaledoniyada konstitusiya qanununa təklif olunan dəyişikliyə qarşı etirazların başladığı 2024-cü ilin may ayından bəri hüquq-mühafizə orqanları əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi və nəticədə bir neçə nəfərin ölməsi ilə əlaqədar dərindən narahatdır", - qurumdan bildirilib.
 
Sənəddə qeyd olunur ki, Fransa vətəndaşlarının dinc toplaşmaq hüququnun pozulmasından son dərəcə narahatlığını ifadə edən komitə nümayişçilərin özbaşına yoxlanılması və həbs edilməsi hallarının artdığını göstərib, həmçinin Fələstin xalqının dəstəklənməsi də daxil olmaqla nümayişlərin keçirilməsinə qoyulan qadağaların sayının artmasına diqqət çəkib.
 
Избранный
60
11
moderator.az

10Источники