RU

Kamala Harrisə ABŞ-da yeni vəzifə verilə bilər

Seçkilərdə məğlub olmasına baxmayaraq, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin karyerasında gözlənilməz dönüş yarana bilər. Prezident Co Baydenin onu ABŞ Ali Məhkəməsinin hakimi təyin etməsi ehtimalı var. 

SeherXeber.org xəbər verir ki, bu barədə CNN, "Newsweek" və "Politico" məlumat yayıb.

Hazırkı hakim Sonia Sotomayor könüllü olaraq təqaüdə çıxsa, Harris ömürlük bu kürsüyə qalxa bilər. 70 yaşı olan Sotomayorın hazırda səhhətində ciddi problemlər var. O, Barak Obamanın dövründə bu vəzifəyə təyin edilib.

Harrisi hakim təyin etmək üçün Bayden öncə onun namizədliyini təqdim etməli və Senat təsdiqləməlidir. İndi Senatda demokratların minimal üstünlüyü var - 49-51 səs.

Baydenin səlahiyyətləri 2025-ci ilin yanvarında başa çatır və bu zaman Senat Respublikaçıların nəzarətinə keçəcək. Sotomayor prezident dəyişikliyindən sonra istefa verərsə, Ali Məhkəmənin kürsüsü çox güman ki, Respublikaçılar tərəfindən doldurulacaq və bu, Ali Məhkəmənin balansını respublikaçıların xeyrinə dəyişəcək. Qaynarinfo

Избранный
100
5
seherxeber.org

10Источники