RU

Türkiyədən İrana polad ixracında azalma müşahidə olunub

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən İrana poladixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 27,2 faiz azalaraq,33,4 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin oktyabr ayında Türkiyə İrana 3,4 milyon dollarməbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eynidövri ilə müqayisədə 2,8 faiz azdır”, – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənindünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə9 faiz artaraq, 13,5 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğindəpolad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə4,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024)Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Избранный
47
12
az.trend.az

10Источники