RU

Deputat şəhidimizi yad etdi

Milli Məclisin deputatı Göydəniz Qəhramanov  və Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhidi  mayor Fərid Ələkbərovu şəhadətinin  ildönümündə yad edib.
Anım tədbirində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçu barədə nitqlər söyləndi, məzarı önünə gül dəstələri qoyuldu və ruhuna dualar oxundu.
Ələkbərov Fərid Tahir oğlu 1980-ci il iyulun 18-də Bakıda anadan olub. O, orta təhsilini 190 saylı məktəbdə alıb, 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla da kifayətlənməyən Fərid İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub və buranı da müvəffəqiyyətlə bitirib. O, 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub. Vətən müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il noyabrın 9-da Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Bir oğlu var.
Fərid Ələkbərov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Избранный
17
1
xalq.az

2Источники