RU

Bu komandanın avrokuboklarda yeri yoxdur!

Deyirəm, nə yaxşı ki, İnqilab Məmmədov və o fason «hakimlər» var. Yoxsa öz aramızdır, «Turan Tovuz» neyləyərdi?

Bundan sonra bu komandadan bir nəfər yerindən qalxıb, «hakim bizə belə elədi», «hakim bizə elə elədi» deməsin. Onların bir çoxu sizlərdən biridir. Əliyar Ağayevdən tutma, İnqilab Məmmədova, o birilərə kimi.

«Səbail»in qapısına təyin edilən həmin penalti nə idi, ilahi! Bildik, Şahin Diniyev yola salınıb, daha hakimlərin «Səbail»ə simpatiya bəsləməyəcək, amma bu qədər tez?

Mert Çelikin topu uzaqlaşdırandan sonra İsmayıl Zülfüqarlının ayağını tapdalamasını bu boyda şişirtmək, penalti nöqtəsini nişan vermək qəsddir, qərəzdir. İlahi ədalət də bunu qəbul etmədi. Öncə Kristian da Silvanın zərbəsi dirəkdən qayıtdı, ardınca Ayxan Quseynovun qapı torunu silkələyən başla vuruşu sayılmadı.

«Turan»ın oyunu yoxdur. Futboldan standart vəziyyətləri və «asmalar»ı yığışdır, bir köpüklük oyun oynamırlar bunlar. Kurban Berdiyev komandanın fiziki gücünü artırıb, başqa əlahiddə iş görməyib.

Açığı, «Turan»ın bu məşqçi və bu heyətlə avrokuboklara getməsini heç istəməzdim. Ehtiram Quliyevi xam xəyallardan, dərin arzulardan əl çəkməsini gözləyirəm. Çün Biləcəridən o tərəfdə belə tərəfkeş hakimlər yoxdur.

MUSA

Избранный
54
sportinfo.az

1Источники