RU

“Ayntraxt”dan növbəti qələbə

Almaniya Bundesliqasında 10-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Auqsburq” – “Hoffenhaym” matçı qolsuz bitib. “Ştutqart” evdə “Ayntraxt”a, “Haydenhaym” isə “Volfsburq”a uduzub.

Hazırda 26 xala malik “Bayern” vahid liderdir. “Leypsiq” 21 xalla 2-ci, “Ayntraxt” 20 xalla 3-cü pillədə qərarlaşıb. “Bayer” və “Frayburq”un 17, “Union Berlin” və Dortmund “Borussiya”sının 16 xalı var.

Almaniya Bundesliqası
10-cu tur

8 noyabr

Union Berlin – Frayburq 0:0

9 noyabr

Boxum – Bayer 1:1
Qollar: Miyoşi, 89 – Şik, 18.

Maynts – Borussiya (Dortmund) 3:1
Qollar: Li Sunq, 36. Burkardt, 45+3. Nebel, 54 – Girassi, 40.

Sankt Pauli – Bayern 0:1
Qol: Musiala, 22.

Verder – Holştayn 2:1
Qollar: Stage, 36. Burke, 89 – Harres, 48.

Leypsiq – Borussiya (Mönhenqladbax) 0:0

10 noyabr

Auqsburq – Hoffenhaym 0:0

Ştutqart – Ayntraxt 2:3
Qollar: Vaqnoman, 86. Voldemade, 90 – Ektike, 45. Braun, 55. Marmuş, 62.

Haydenhaym – Volfsburq 1:3
Qollar: Pyeringer, 64 – Gerhardt, 3. Dardai, 42. Tomas, 90.

Избранный
17
1
futbolinfo.az

2Источники