BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana qonaqlar gəlməyə davam edir.
APA xəbər verir ki, qonaqların əksəriyyəti Bakıya ilk dəfə gəldiklərini vurğulayaraq xoş təəsüratlarla ayrıcaqlarına ümid edirlər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqların mənzil başına çatdırılması üçün exspress avtobuslar və taksilərdə gücləndirilmiş rejimi təşkil olunub.
O cümlədən təhlükəsizliyin təmin olunması üçün polis gücləndirilmiş rejimdə çalışır.
Qeyd edək ki, gələn qonaqlar bələdçilərin köməkliyi ilə ictimai nəqliyyat vasitələrinə yönləndirilir.