RU

İsrail Suriyaya zərbələr ENDİRDİ – ÖLƏNLƏR VAR

İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi Suriyanın Homs şəhərinin ətrafına zərbələr endirib.

Bizim.Media xəbər verirr ki, bu barədə “Middle East Observer” məlumat yayıb.

Məlumata görə, zərbənin hədəfi Livanın "Hizbullah" hərəkatının Suriyadakı sursat anbarı və bir neçə yük maşını olub. Ölən və yaralananların olduğu bildirilsə də, onların sayı açıqlanmır.
 

İsrail aviasiyası bundan əvvəl də Suriyanın qərbində yerləşən Əl-Husayr şəhərinə zərbələr endirib. İsrail ordusu bildirib ki, kəşfiyyat məlumatlarına əsaslanaraq, həmin şəhərdə "Hizbullah"ın silah anbarını vurublar. 


Bundan əlavə, İsrail Hava Qüvvələri Dəməşqin cənubundakı hədəflərə hücumlar barədə məlumatı da təsdiqləyib.

Bildirib ki, hücum zamanı "Hizbulla"hın kəşfiyyat xidmətinin yerli bölməsininin “müstəqil kəşfiyyat məlumatlarının toplanması, əlaqələndirilməsi və qiymətləndirilməsi şəbəkəsi”ni hədəf alıb.

Bizim.Media

Избранный
39
23
bizim.media

10Источники