RU

UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq

UNICEF COP29 çərçivəsində Azərbaycan hökumətinin uşaqları iqlim siyasətinin mərkəzinə qoymağı öhdəsinə götürərək Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasın alqışlayır.

AZXEBER.COM xəbər verir ki, bu barədə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə ofisinin \"X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

\"Biz daha inklüziv, gənclərə yönəlik iqlim fəaliyyətinə doğru bu mühüm addımı alqışlayırıq. COP29 prezidentinin yeni rolunda ilk öhdəliklərindən biri olan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladığı bu mühüm məqamın bir hissəsi olmaqdan qürur duyuram. Biz birlikdə uşaqları və gəncləri iqlim fəaliyyətinin mərkəzinə qoymaq üçün çalışmalıyıq”, - UNICEF-in Avropa və Mərkəzi Asiya ofisinin yeni regional direktoru Recina De Dominiçis sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Bəyannamənin imzalanma mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.
Избранный
9
2
azxeber.com

10Источники