RU

“Elə kişilər var ki, masada əyləşərkən belə anasının…” – Ekspertdən MARAQLI AÇIQLAMA

“İki vacib duyğunu bir-birindən ayırmaq lazımdır: Sevgi və asılılıq. Sevgi duyğusu sevdiyin insana qarşı qayğı göstərməklə müşahidə olunur. Ona görə də bizim əsas psixoloji təlabatlarımızdan biridir”.

KONKRET.az xəbər verir ki, bu sözləri psixoloq Kənan Rəhimov “Yeni Sabah”a ailədəki ana, oğul, gəlin arasında yaranan problemləri şərh edərkən bildirib. O, fikirlərinə belə davam edib:

“Sevgi aid olma təlabatımız sayılır. Duyğusallıq, ünsiyyət və qayğı ilə müşahidə olunur. Qayğı göstərmək hətta bizim, Azərbaycan Respublikasının Konstitusiyanın 34-cü maddəsində nikah haqqında hüquqlarla bağlı 5-ci hissədə çox aydın şəkildə yazılıb ki, 18 yaşına çatmış və əmək qabiliyyəti olan vətəndaşlar öz yaşlı valideynlərinə baxmağa borcludur. Bunu belə başa düşmək lazımdır ki, əgər şəxs 18 yaşına çatıbsa, yetkin insandırsa, əmək qabiliyyəti varsa, o artıq sevgini valideynlərinə qarşı bu cür göstərməlidir. Yəni bu, tək mənəvi yox, qanunla tənzimlənən konstitusiyon baxımdan bir borc sayılır. Bu qayğı ilə müşahidə olunur”.

Psixoloq qeyd edib ki, ancaq 18 yaşına çatsa belə, yeniyetmə təfəkkürü ilə anam-atam mənə kömək etməlidir deyə yaşayan şəxs valideynlərindən maddi-mənəvi asılı sayılır:

“Bu da emosianallıq yaradır və həmin adam yetkin şəxsiyyətə çevrilmir. Ona görə də deyirlər ki, bu insan valideynlərindən emosianal cəhətdən yetkin bir şəxsiyyət kimi ayrıla bilmir. Fiziki cəhətdən ayrılmaq şərt deyil. Amma mənəvi cəhətdən ayrılmağa özü sərbəst şəkildə qərar verə bilmir. Belə insanlar ailə quranda həyat yoldaşına münasibətdə qərarları təkbaşına verə bilmirlər. Sanki səhvə yol verəcəklərini düşünürlər. Çünki müstəqil şəxsiyyət kimi yetişməyiblər. Bu cür adamlara simbiotik münasibətdə olan şəxslər deyilir. Simbioz bir insanın göbəkbağı ilə bağlanması mənasını daşıyır. Qısaca, özü nəfəs ala, düşünə və qərar verə bilmir. Bu səbəbdən həmin şəxslər valideynlərinin bütün duyğularla tabe olur. Ailədə yetkin şəxs kimi qərar verə bilməyəndə isə problemlər yaranır. Bəzən görürük ki, sözügedən kişilər masa arxasında oturanda belə anasının göz-qaş etməyini, təsdiq etməyini gözləyir və sonra əyləşirlər. Bu adamlar həyat yoldaşı seçərkən nisbətən yetkin xanımlara üstünlük verirlər. Onlar sevgi göstərə bilmirlər və sadəcə bunu tələb edirlər”.

Избранный
81
4
konkret.az

5Источники