RU

Bir neçə saata Şərqi Zəngəzurda günəş elektrik stansiyasının təməli qoyulacaq — NAZİR

Gələcək bir neçə saat ərzində Şərqi Zəngəzurda yerləşən "yaşıl" enerji zonasındakı 200 meqavatt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Bakıda COP29 çərçivəsində "Bərpa olunan enerji mənbələrinin həcmini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə yüksəltmək üçün investisiyaların genişləndirilməsi" mövzusunda keçirilən nazirlər dialoqu zamanı bildirib.

"Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yerləşən "yaşıl" enerji zonaları, müxtəlif bölgələr və istehlak mərkəzləri arasında elektrik əlaqələrinin qurulması təcrübəsinin geniş tətbiqi, həmçinin, 2030-cu ilə qədər qlobal enerji saxlama gücünün 1500 qiqavata qədər artırılması və 2040-cı ilə qədər 80 milyon kilometrdən çox elektrik şəbəkələrinin əlavə edilməsi və ya modernləşdirilməsi – bunlar hamısı Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə Qlobal Öhdəliklər uğurunun təmin edilməsi üçün vacib həllərdir.

2030-cu ilə qədər "yaşıl" enerji və "yaşıl" qazlar təmin edən "yaşıl" inkişaf ölkəsi olaraq öz inkişaf prioritetlərinə uyğun olaraq Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bərpa olunan enerji sahəsində öz potensialını gücləndirmək məqsədilə iddialı nəhəng layihələr həyata keçirəcək.
Избранный
22
3
demokrat.az

4Источники