RU

Daşqınların vurduğu Kolumbiyada milli fəlakət elan edilib

Daşqınların vurduğu Kolumbiyada milli fəlakət elan edilib

Kolumbiya prezidenti Qustavo Petro ölkə daxilində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri səbəbindən milli fəlakət" elan etdiyini açıqlayıb.Paytaxt Boqotadakı Milli Vahid Komandanlıq Mərkəzində müvafiq qurumların rəsmiləri ilə görüşən Petro seldən zərər çəkmiş ailələrə daha sürətli yardım göstərmək üçün milli fəlakət elan etdiklərini bildirib.Petro iqlim dəyişikliyinin yaratdığı problemlərlə mübarizə apardıqlarını və ölkə daxilində bir çox bölgənin daşqınlardan ciddi şəkildə təsirləndiyini bildirib.Milli Risk İdarəetmə Birliyinin (UNGRD) verdiyi açıqlamada 46 min ailənin leysan yağışlardan mənfi təsirləndiyi və La Quajira, Huila, Çoko, Norte de Santander və Kauça bölgələrində fövqəladə vəziyyət elan edildiyi bildirilib.Paytaxt Boqotanın şimalında magistral yol və çoxlu sayda avtomobil daşqınlar səbəbindən su altında qalıb.Mənbə: AA

Избранный
46
afn.az

1Источники