RU

Koronavirusu yuxusunda görən oneyromant: “Dekabra qədər görülən yuxular...”- MÜSAHİBƏ

Bütün canlı varlıqlar öz güclərinin bərpası və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. 

Yatmaq da bu istirahətlərin ən başlıcasıdır. Əsasən yatarkən görülən yuxular haqqında həmişə maraqlı faktlar, miflər deyilir.

Bəziləri görülən yuxuya çox məna yükləyir, bəziləri isə onu ciddiyə almır.

"Cebheinfo.az" yuxu aləmi haqqında ölkədə ilk oneyromant (insanların yuxularını psixoloji cəhətdən analiz edən insan-red.) Günay Bayramova ilə müsahibəni təqdim edir: 

– Hər hansı xüsusi bir dönəm olur ki, həmin zaman kəsiyində görülən yuxular çin çıxa bilsin?

 – Yuxuların çin çıxmasından əlavə, görülən yuxuların yaddaqalma məsələsi də önəmlidir. Qeyd edim ki, səhərə yaxın görülən yuxular daha çox yadda qalır. Çünki gecə ərzində beyin bütün stressini atır. Əslində, gecə ərzində insan çox yuxular görür, sadəcə yaddaşda beynin stresini atdığı zaman görülən yuxular qalır. Ümumilikdə, hər yuxu informasiya daşıyır. 

İnsanlar isə görülən yuxuların real həyatda eynisinin yaşanılmasını çinçıxma adlandırırlar. Halbuki insanlar yuxunun simvolik dilini anlasalar, gördükləri yuxunun fiziki həyatlarına göndərdiyi mesajla problemin nə olduğunu, həyatlarında nə baş verdiyini və verəcəyini öyrənə bilərlər. 

İnsanların dini inanc sisteminə bağlı olaraq bayramlarda görülən yuxular daha kəskin və informativ olur. Bu ərəflərdə, xüsusilə oktyabr ayının ortalarından başlayaraq dekabr ayının sonuna qədər görülən yuxular növbəti il ərzində yaşanacaq hadisələr haqqında informasiya verəcək. 

– Ziqmund Freyd yazır ki, yuxu mənə heç vaxt bir insan haqqında nə düşünməli olduğumu söyləməyib. Bununla belə, bir neçə dəfə yuxularımda hər hansı bir insan haqqında nə düşündüyümü və ona baxışımın necə olduğunu öyrəndim, bu, məni də təəccübləndirdi. 

Freydin bu deyimini necə başa düşə bilərik? Yuxu bizə insanlar haqqında nə düşüdüyümüzü çatdıra bilər? 

– Yuxular insanların özləri haqqında hədsiz məlumat verə bilir. 

Əgər bir şəxs yuxuda kimləsə dalaşdığını görürsə, əsasən, fiziki həyatda həmin şəxsə qarşı daxilində gizli aqressiya olur. Həmin aqressiya da yuxu aləmində özünü göstərib. Yuxular özündə insanların həyat tərzini düşüncələrini, yanaşmalarını ehtiva edir. Yuxulardan yola çıxaraq insanlar haqqında informasiya almaq oıur.

 – Elə insanlar olur ki, tez aralıqlarla yuxu görürlər. Bəzi şəxslər isə uzun müddət yuxu görmürlər. Yuxu görməmək mənfi haldır? 

– Hər kəs gün ərzində yatarkən bir neçə yuxu görür. Burada əsas məsələ yuxunun xatırlanma məsələsidir. Gün ərzində yuxu rejimi düzgün olmadıqda, eyni zamanda stresli hallarda zehin yuxuya fokslana bilmir. Yuxuya önəm verməyən insanların gördükləri yuxunu yadda saxlamaları gözlənilən deyil. Yuxu görməmək mənfi bir hal deyil, sadəcə yuxunu xatırlamamaq beyinin çox yorğun olduğundan xəbər verir. 

– Yuxu yozan mütəxəssislər bəzən hətta ölkədə baş verəcək proseslərlə bağlı əvvəlcədən proqnoz verirlər. Yuxuları analiz etməklə dünyada baş verəcək hadisələr haqqında proqnoz vermək mümkündür? 

– Dünyada baş verəcək hadisələri yuxu analizi ilə təxmin etmək mümkündür. Yüksək frekanslı insanlar hər hansı bir hadisəni əvvəlcədən hiss edə bilərlər. Koronavirusdan əvvəl özüm də daxil olmaqla, bir çox şəxslər qəribə yuxular görürdü. Mən yuxuları analiz edərək bu qənaətə gəlmişdim ki, eyni məzmunlu yuxular təkrar edilirsə, bu, artıq ümumi bir vəziyyətdən xəbər verir. 

Yəni, bu, bir faktdır və inkar etmək olmaz. 

– Həyatında nizamsızlıq olan şəxslər yuxularını anlayaraq həyatlarına da nəzarət edə bilərlər? 

–Həyatlarını nizamsız yaşayan insanlar yuxuları vasitəsilə problemləri haqda informasiya ala bilirlər. Əslində, insan nizamsız yaşayacaq varlıq deyil, çünki onun şüuru var. Lakin insan ondan istifadə etmədikdə, həyatının nizamı pozulur. İnsan yuxularına önəm verdikdə, problemin mənbəyini öyrənirlər. 

Problemlər də həllini tapdıqda insanın həyatı, münasibətlər sistemi qaydasına düşür. 

Избранный
53
cebheinfo.az

1Источники