RU

Avropa çempionu: “Vətən müharibəsində şəhid olmuş atamın arzusunu yerinə yetirdim”

“Çempion olmaqla Vətən müharibəsində şəhid olmuş atamın arzusunu yerinə yetirdim”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın kiçik yeniyetmə taekvondoçusu Dərya Hüseyinova (24 kq) Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyində qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

O, turnirində birinci yeri tutduğu üçün çox sevindiyini bildirib:

“Bu, mənim iştirak etdiyim ilk beynəlxalq yarış idi. Daha böyük turnirlərdə uğurlar qazanmaq arzusundayam. Ölkəmizi dünya çempionatında və olimpiadalarda layiqincə təmsil etmək istəyirəm”.

Taekvondoçu ailə üzvlərinin idmana gəlişində ona dəstək verdiyini söyləyib:

“Anam mənə hər yarışımda, indi də dəstək olur, azarkeşlik edir”.

Qeyd edək ki, Dərya Hüseyinova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Elbrus Hüseyinovun qızıdır.

Избранный
20
3
medianews.az

4Источники